Ukraynada azərbaycanlılara zor tətbiq edən polislərə cinayət işi açılıb

Ukraynada azərbaycanlılara zor tətbiq edən polislərə cinayət işi açılıb Bu ilin may ayının sonunda Kiyevdə məhkəmədən qaçmış azərbaycanlının axtarışı zamanı onun yaxınlarına zor tətbiq edən Ukrayna polisinin 5 əməkdaşının əməlləri ilə bağlı cinayət işi qaldırılıb.
Hadisə
1313
30 Noyabr , 2021 11:21
Ukraynada azərbaycanlılara zor tətbiq edən polislərə cinayət işi açılıb

Bu ilin may ayının sonunda Kiyevdə məhkəmədən qaçan azərbaycanlının axtarışı zamanı onun yaxınlarına zor tətbiq edən Ukrayna polisinin 5 əməkdaşına cinayət işi açılıb.

“Report”un Şərqi Avropa bürosunun Ukrayna hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, cinayət işi aparılan uzunmüddətli təhqiqatlar nəticəsində başlanılıb.

Əfsər Məmmədov
Əfsər Məmmədov

Qeyd edək ki, bu il mayın 28-də Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə saxlanılan Azərbaycan vətəndaşı, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu İrpen Şəhər Məhkəməsinin iclas zalında fasilə zamanı nəzarətçilərin fincanına bihuşedici maddə ataraq qaçmışdı.

Onun axtarışı ilə operativ məşğul olan Kiyev vilayət polisinin əməkdaşları Ə.Məmmədovun təmasda olduğu həmyerlilərinin məkanlarında reydlərə başlamışdı. Həmin gün Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Ə.Məmmədovun qohumları və həmkəndliləri - Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarova mülki geyimdə bir neçə yerli millətdən olan şəxs yaxınlaşaraq qaçan şəxsin yerini tələb ediblər. Dindirilənlər Ə.Məmmədovu görmədiklərini bildirdikdə onlara qarşı ağır fiziki və təhqiramiz zorakılıq tətbiq edilib. Nəticədə ağır xəsarət alan azərbaycanlılar yerli xəstəxanaların birinə çatdırılmışdılar. Həmin zaman yaralı azərbaycanlıların xəstəxanadan videogörüntüləri də yayılmışdı. Məmmədov Əfrəs isə bu hadisədən 1 gün sonra polislər tərəfindən saxlanılaraq yenidən istintaqa cəlb olunmuşdu.

Hadisədən sonra fiziki zorakılığa məruz qalan azərbaycanlılarla bağlı Ukrayna Dövlət İstintaq Bürosuna müraciət olunmuşdu.

Zərərçəkmişlər
Zərərçəkmişlər

Son xəbərlər

Orphus sistemi