Avstriya dörd Rusiya diplomatını "persona non-grata" elan edib
- 23 oktyabr, 2026
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriyanın xarici işlər naziri Beata Maynl-Rayzinger bildirib ki, Vyana dörd Rusiya diplomatını "persona non-grata" elan edib.
Bu barədə "Report" Avstriyanın "Profil" portalına istinadən xəbər verir.
Onlar casusluqda şübhəli bilinirlər.
Rusiya diplomatlarına Avstriyanı dərhal tərk etmələri barədə göstəriş verilib.
Nəşrin məlumatına görə, onların dördü də artıq bir müddət idi ki, xüsusi xidmət orqanlarının diqqət mərkəzində olublar.
Avstriya mediasının məlumatına görə, ölkədən çıxarılan üç diplomat Rusiyanın Vyanadakı səfirliyində işləyirdi. Bu tədbir, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Vyana ofisində çalışan Rusiya diplomatına da şamil edilib. O, hərbi təhlükəsizlik və silahlanmaya nəzarət məsələləri üzrə Rusiya nümayəndə heyətinin tərkibində olub.