Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHI

Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHI Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.
Hadisə
11 İyun , 2020 13:51
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı - SİYAHI
Report/Elchin Murad

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.

"Report"un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə,  polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Son xəbərlər

Orphus sistemi