Azərbaycanda neft meydançasında qəza zamanı itkin düşən şəxsin meyiti tapılıb
Hadisə
- 01 noyabr, 2014
- 06:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Əbdülhəsən İslam oğlu Hüseynovun cəsədi bu gün saat 09:00 radələrində tapılıb.
SOCAR-dan "Report"a verilən məlumata görə, cəsəd Şirkətin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.
Xatırladaq ki, qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yardım göstərilib və hazırda hamısı evə buraxılıb.
Son xəbərlər
04:23
Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Region
03:39
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
Region
03:03
Foto
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət siyasəti
02:51
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
Region
02:15
Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb
Digər ölkələr
01:56
Hakan Fidan Marko Rubio ilə regional məsələləri müzakirə edib
Digər ölkələr
01:19
İran rəqibin "bütün gözləntilərini üstələyəcək" hərbi plan hazırladığını açıqlayıb
Digər ölkələr
00:52
UKMTO: İranın Lavan adası yaxınlığında gəmi naməlum mərmi ilə vurulub
Digər ölkələr
00:21
Foto
Video
Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var
Hadisə