Azərbaycanda çalışdığı şirkətdən yanacaq oğurlayan şəxslər tutulub

Hadisə
  • 21 iyul, 2016
  • 08:35
Azərbaycanda çalışdığı şirkətdən yanacaq oğurlayan şəxslər tutulub

Astara. 21 iyul. REPORT.AZ/ Astara rayonunda çalışdığı şirkətdən yanacaq oğurlayan şəxslər tutulub. "Report"un Cənub bürosunun məlumatına görə, rayonun Artupa kəndində fəaliyyət göstərən şirkətdə sürücü işləyən Şahəddin Fərəcov və Elçin Kərimov Astara Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutularaq rayon Polis Şöbəsinə Təhvil veriliblər. 
Məlum olub ki, hər iki sürücü qabaqcadan əlbir olaraq şirkətdən 120 litr dizel yanacağı oğurlayıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.