Yuxarı
    Bağlamaq

    Azərbaycanda 5 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib, bir hakim cəzalandırılıb

    Dinlə
    Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

    Şuradan “Report”a daxil olan məlumata görə, iclasda şuranın sədri Fikrət Məmmədov çıxış edib.

    İclasda həmçinin hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

    Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi