AXCP üzvü barədə həbs qərarı dəyişdi
Hadisə
- 20 iyul, 2020
- 13:44
Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.
Vəkil Elçin Sadıqov “Report”a bildirib ki, hakim Lalə Rəhimli vəsatətin təmin edilməsi barədə qərar çıxarıb və S.Məmmədzadə 15 avqust 2020-ci il tarixədək ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, AXCP üzvü Səid Məmmədzadə mayın 16-da saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq maddəsi ilə ittiham edilir.
Son xəbərlər
14:10
Ermənistanda 16 yaşadək uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər
Region14:02
"Fənərbağça"nın yarımmüdafiəçisi Mert Hakan Yandaş sərbəst buraxılıb
Futbol14:01
Serbiya XİN rəsmisi: Azərbaycanla tərəfdaşlıq barədə yanaşmanı qonşularımıza izah etmək vacibdir
Xarici siyasət13:58
Azərbaycan Premyer Liqası klublarının uşaq-gənclər sektoruna ayırdığı maliyyə vəsaiti artıb
Futbol13:43
Volodimir Zelenski: Ukrayna ABŞ-yə Rusiya ilə Pasxa atəşkəsi barədə sorğu göndərib
Digər ölkələr13:39
AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır
Maliyyə13:29
Min Aun Hlayn Myanma prezidenti seçilib
Digər ölkələr13:26
İlham Yadullayev: "Müdafiə xəttindəki itkilər komandanın nəticələrinə təsir göstərdi"
Futbol13:14