Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var

Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var "Azərbaycan Dəmir Yolları"na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.
Hadisə
29 Avqust , 2023 07:54
Avtomobil dəmiryol keçidində qatara çırpılıb, xəsarət alanlar var

"Azərbaycan Dəmir Yolları"na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi