Avropa çempionunu "Yeddi Günbəz"də qətlə yetirənin istintaqı başa çatdı

Avropa çempionunu "Yeddi Günbəz"də qətlə yetirənin istintaqı başa çatdı Şamaxıda qətl törətməkdə təqsirləndirilən Orxan Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 İyul , 2020 09:49
Avropa çempionunu Yeddi Günbəzdə qətlə yetirənin istintaqı başa çatdı

Şamaxıda qətl törətməkdə təqsirləndirilən Orxan Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.

Qeyd edək ki, hadisə fevralın 1-də gecə saat 1 radələrində Şamaxının "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

 O.Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Qətlə yetirilən Ruslan Surxayev idmanın sərbəst güləş növü ilə məşğul olub.

O, 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi