"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-4

"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-4 Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yanaraq ölən şəxsin kimliyi məlum olub.
Hadisə
19 Sentyabr , 2019 19:18
Atəşgah sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-4

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yanaraq ölən şəxsin kimliyi məlum olub. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, bu, 1988-ci il təvəllüdlü Fuad Şahin oğlu Musazadədir. 


Hadisə yerindən daha bir video əlavə edilib

*** 17:08

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.

O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə  "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.


***16:41

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxslərdən birinin adı məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub və aşaraq yanmağa başlayıb.

Bu zaman yaralı halda avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. "Hyundai-İX35"də olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.


*** 16:25

Video əlavə edilib.


*** 16:01

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" və "Mercedes" toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Nəticədə avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Video: Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi