Aqrar Tədqiqatlar Mərkəzi xidməti avtomobillər alır

Aqrar Tədqiqatlar Mərkəzi xidməti avtomobillər alır Bakı. 23 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi xidməti avtomobillərin satınalınması ilə əlaqədar tender elan edib.
Hadisə
23 Oktyabr , 2018 10:47
Aqrar Tədqiqatlar Mərkəzi xidməti avtomobillər alır
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi xidməti avtomobillərin satınalınması ilə əlaqədar tender elan edib.

“Report”un məlumatına görə, tender mərkəzin rəhbərliyi üçün minik avtomobili, işçilərin istifadəsi üçün sedan tipli avtomobil, çəkisi 1000 kq-a qədər olan yüklərin daşınması üçün avtomobilin alınmasını nəzərdə tutur.

Tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar müvafiq sənədləri 27 noyabr 2018-ci il 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 04 dekabr 2018-ci il 18:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət Evi (7-ci mərtəbə, 763-cü otaq) ünvanına təqdim etməlidirlər.

Zərflərin açılışı 05 dekabr 2018-ci il saat 11:00 tarixdə yuxarıda qeyd edilmiş ünvanda keçiriləcək.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi