Yuxarı

Ali Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıb

Ali Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıb

296

Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılan işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb. 

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun növbəti iclasında sədr Ramiz Rzayev deyib.

O bildirib ki, mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub. 

Ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 4,4 faiz artıb. Baxılan işlərin və ləğv edilən məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələrinin qərarlarının keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olduğunu göstərir.

R.Rzayev qeyd edib ki, ötən il Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib və 21 qərar qəbul edilib: "Həmçinin işlərə baxılarkən aşkarlanan nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb. Ali Məhkəməyə müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artım müşahidə olunub".

Həmçinin iclasda Ali Məhkəmənin plenumlarının bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavələr və dəyişikliklər olunmasına dair barədə qərar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi