Ağsuda fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb
Hadisə
- 03 iyul, 2021
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 02-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Ağsu Rayon Prokurorluğundan bildirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Son xəbərlər
13:56
Ceyhun Bayramov: Azərbaycan-İtaliya münasibətləri möhkəm təməl üzərində uğurla inkişaf edir
Xarici siyasət
13:54
Rusiya ötən həftə Ukraynanın neft-qaz sektoruna 100-dən çox zərbə endirib
Region
13:54
ADB dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirəcək
İnfrastruktur
13:52
"Sumqayıt" yaponiyalı futbolçu Masaki Murata ilə yollarını ayırıb
Futbol
13:52
Foto
Azərbaycan-Bolqarıstan birgə filmi İspaniyada festivalda dörd mükafata layiq görülüb
Mədəniyyət siyasəti
13:51
Foto
Ceyhun Bayramov və Antonio Tayani arasında geniş tərkibdə görüş keçirilib
Xarici siyasət
13:50
Oktyabrda Azərbaycanda tikinti materialları 13 %-dən çox bahalaşıb
İnfrastruktur
13:46
Xəzər–Qara dəniz–Avropa sualtı kabel layihəsi üzrə 1-ci iş istiqaməti başa çatdırılıb
Energetika
13:46
"Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı bəlli olub
Futbol