Ağstafada mikroavtobus qəzası: yaralılardan 3-nün vəziyyəti ağır, 12-si orta ağırdır - YENİLƏNİB

Ağstafada mikroavtobus qəzası: yaralılardan 3-nün vəziyyəti ağır, 12-si orta ağırdır - YENİLƏNİB Ağstafa rayonunda mikroavtobuslar toqquşub, 20-yə yaxın şəxs xəsarət alıb.
Hadisə
26 Sentyabr , 2022 11:09
Ağstafada mikroavtobus qəzası: yaralılardan 3-nün vəziyyəti ağır, 12-si orta ağırdır - YENİLƏNİB

Ağstafada mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan 3 nəfərinin vəziyyəti ağır, 12-nin isə durumu orta ağırdır.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

Məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək” - məlumatda bildirilib.

10:31

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxın şəxs xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi