Ağstafa. 4 avqust. REPORT.AZ/ Ağstafa rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Köçvəlli kəndindəki fermaların birində çobanlıq edən, Qarayazı kənd sakini 1960-cı il təvəllüdlü Akif İbrahimov tüfənglə yerli sakin Sakit Nəsibovu vuraraq qətlə yetirib.
Hadisəni törədən şəxs ardınca Qazaxdan olan ikinci həyat yoldaşı Şərifə Həmşəyevaya atəş açaraq onu ağır yaralayıb. Qadın xəstəxanaya aparılıb.
Cinayəti törədən A. İbrahimov saxlanılıb.
***
Ailə üzvlərinin "Report"un Qərb bürosuna verdiyi məlumata görə, A.İbrahimov hadisə baş verən gün evə sərxoş vəziyyətdə gəlib və oğlunu öldürmək istəyib: "Həmin gün Akif sərxoş vəziyyətdə evə gəlib və oğlunu döyüb. Daha sonra tüfəngi götürərək oğlunu öldürmək istəyib. Bu zaman evdəki səs-küyə qonşu, Sakit Nəsibov gəlib və Akifin əlindən tüfəngi almaq istəyib. Tüfəngdən açılan güllə Sakitə dəyib və o, ölüb. Bundan sonra Akif tüfənglə oğlunu vurmaq istəyib və Şərifə özünü güllənin qabağına atıb. Tüfəngdən açılan gülllə Şərifəyə dəyib".
Qeyd edək ki, Ş.Həmşeyavanın Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir. Xəstəxanadan verilən məlumata görə, cərahiyyə əməliyyatı olunan qadının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanlıb.