Ağstafada 4 tondan artıq narkotik vasitə aşkar olunaraq məhv edilib - VİDEO

Ağstafada 4 tondan artıq narkotik vasitə aşkar olunaraq məhv edilib - VİDEO Rayon polisi “Xaş-xaş 2016” şərti adı altında kompleks profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirib
Hadisə
19 İyul , 2016 11:48
Ağstafada 4 tondan artıq narkotik vasitə aşkar olunaraq məhv edilib - VİDEO

Bakı. 19 iyul. REPORT.AZ/ Ağstafada 4 tondan artıq narkotik vasitə aşkar olunaraq məhv edilib.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. 

Komissiyadan bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları iyun ayının 30-da “Xaş-xaş 2016” şərti adı altında kompleks profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.   

Əməliyyat nəticəsində Ağstafa rayonu Dağkəsəmən kəndi ərazisində istifadə olunmayan 0,5 ha torpaq sahəsindən hər birinin hündürlüyü 1,8 m və çəkisi 500 qr, ümumi çəkisi 4 ton olan 8 min ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Aşkar olunan kollar yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi