Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

Biznes
  • 06 noyabr, 2026
  • 15:38
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 905 579 təşkil edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvar-oktyabr aylarında ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 7,5 % artaraq 62 779 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 6,8 % artımla 248 695 təşkil edib.