Yuxarı
    Bağlamaq

    Ağdaşda yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib

    Ağdaş.12 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib.

    Bu barədə "Report”un Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Belə ki, Ağdaş rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı rayon ərazisində yeniyetmələrə tütün məmulatları satan bir neçə mağaza və köşk aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri - rayon sakinləri Əfqan Cəfərov, Elvin Əhmədov, Nizami Osmanov, Teymur Müzəffərov, Əfiqə Vəliyeva, Samir QaffarovYunis Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi