Ağdaşda sexdə xəsarət alan fəhlənin qolu amputasiya edilib
Hadisə
- 07 may, 2021
- 07:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq aparılır.
Son xəbərlər
19:13
Paşinyan Aİ səfirləri ilə Ermənistanın yeni konstitusiya layihəsini və TRIPP-i müzakirə edib
Region
19:12
"Level Leasing" səhmdarlarına dividend ödəyəcək
Maliyyə
19:07
PSJ "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir
Futbol
19:05
Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub
Daxili siyasət
19:02
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində 3 nəfər ölüb
Digər ölkələr
18:47
Nigeriyada silahlı hücumlar nəticəsində 60-dan çox insan ölüb
Digər ölkələr
18:43
Aleksandar Vuçiç ölüm təhdidləri aldığını açıqlayıb
Digər ölkələr
18:28
Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır
Digər ölkələr
18:26
Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib
Digər ölkələr