Ağdaşda kərpic daşıyan yük maşını dərəyə aşıb - FOTO
Hadisə
- 29 sentyabr, 2017
- 17:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdaş. 29 sentyabr. REPORT.AZ/ Ağdaşın Aşağı Nemətabad kəndində kərpic daşıyan “Kamaz” markalı yük maşını quyuya düşərək aşıb.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə su xətti çəkilişi ilə əlaqədar kənd yollarında qazma işi aparan təşkilatın sürücülər üçün xəbərdarlıq nişanı qoymaması səbəbindən baş verib.
Nəticədə 1969-cu il təvəllüdlü sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
09:10
AZAL "Sərfəli Cümə" kampaniyası elan edir
İnfrastruktur
09:09
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.11.2026)
Maliyyə
09:00
"Sabah" komandası bu gün "Barselona" ilə üz-üzə gələcək
Futbol
08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.11.2026)
Maliyyə
08:52
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb
İKT
08:50
Şimali Koreya İsveçrənin diplomatik nümayəndəliyini bağlayır
Digər ölkələr
08:35
ABŞ Prezidenti Ağ Evə mətbuat katibi təyinatında tələsməməsinin səbəbini açıqlayıb
Digər ölkələr
08:17
Foto
Bakıda doqquz istiqamətdə tıxac yaranıb
İnfrastruktur