ADİF-in icraçı direktoru "DekaBank"ın sabiq sədrinin məhkəməsində ifadə verəcək

ADİF-in icraçı direktoru "DekaBank"ın sabiq sədrinin məhkəməsində ifadə verəcək Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib
Hadisə
18 Aprel , 2018 15:45
ADİF-in icraçı direktoru DekaBankın sabiq sədrinin məhkəməsində ifadə verəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə daha əvvəl "DekaBank"a göndərilmiş sorğuya cavab gəldiyi bildirilib.

Məhkəmədə həmin məktub elan olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıb. Onlar Əmanətlərin Siğortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayevin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

Son xəbərlər

Orphus sistemi