Qəbul imtahanlarında 696 bal toplayan tələbə dəm qazından boğularaq ölüb, araşdırma aparılır - YENİLƏNİB
- 26 yanvar, 2024
- 12:01
Baş Prokurorluq Bakıda tələbənin və qardaşının dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən "Report"a bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
10:13
ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.
“Report” xəbər verir ki, onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyini bildirilib.
Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.