Abşeronda tapança satmaq istəyən şəxs saxlanılıb

Abşeronda tapança satmaq istəyən şəxs saxlanılıb Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllə
Hadisə
16 Fevral , 2024 16:46
Abşeronda tapança satmaq istəyən şəxs saxlanılıb

Abşeron rayonu Məmmədli kəndində “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi