Abşeronda ər arvadını döyərək öldürüb - YENİLƏNİB

Abşeronda ər arvadını döyərək öldürüb - YENİLƏNİB Abşeron rayonunda arvadını döyərək öldürən şəxs tutulub.
Hadisə
9 Oktyabr , 2019 12:11
Abşeronda ər arvadını döyərək öldürüb - YENİLƏNİB

Abşeron rayonunda arvadını döyərək öldürən şəxs tutulub.

"Report" un Sumqayıt-Abşeron bürsonun məlumatına görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.  

Y.Qurbanov polsi əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

 *** 00:58


Abşeron rayonunda əri tərəfindən döyülərək öldürüən gənc qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki,  Abdullayeva Aynurə Bəhmən qızı əri tərəfindən döyülüb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhərt şöbəsinə yerləşdirilib. 

***00:03


Abşeronda ər arvadını döyərək öldürüb.

"Report" xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc qadının evdə baş verən ailədaxcili mübahisə zəmnin öldürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi