Abşeronda bibisini namus üstündə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Abşeronda bibisini namus üstündə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
18 Aprel , 2018 11:56
Abşeronda bibisini namus üstündə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb

Hadisəni törədən V. Şıxəliyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə elan olunmuş ittiham üzrə V.Şıxəliyev özünü təqsirli bildiyini deyib və cinayət əməlini etiraf edib. V.Şıxəliyev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib və bildirib ki, qətli namus üstündə törədib.

Son xəbərlər

Orphus sistemi