Abşeron sakinindən hədə-qorxu ilə pul tələb edilib

Abşeron sakinindən hədə-qorxu ilə pul tələb edilib Abşeron rayon sakinindən hədə-qorxu ilə pul tələb edilib
Hadisə
5 May , 2021 11:36
Abşeron sakinindən hədə-qorxu ilə pul tələb edilib

Abşeron rayon sakinindən hədə-qorxu ilə pul tələb edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini S.Ələsgərli barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yaymaq hədəsi ilə Bakı şəhər sakini V.Həsənovdan tələb etdiyi 2 000 manatı alarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi