Abşeron rayonunda 25 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı yaralanıb.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Tarverdili Ruslan Rasim oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.