ABŞ-ın Lonq-Biç şəhərində atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

ABŞ-ın Lonq-Biç şəhərində atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB Atışma zamanı 2 nəfər öldürülüb
Hadisə
30 Dekabr , 2017 04:05
ABŞ-ın Lonq-Biç şəhərində atışma olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-ın Lonq-Biç şəhərinin mərkəzində baş vermiş atışma zamanı 2 nəfər öldürülüb. 

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, öldürülənlərdən birinin insanlara atəş açan cinayətkar olduğu bildirilir. 

Məlumata görə, o, polis tərəfindən güllələnib. Silahlı insident zamanı daha 3 nəfər xəsarət alıb.

Hadisənin səbəbləri məlum deyil.


***03:56

ABŞ-da atəş açaraq bir neçə nəfəri yaralamış şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "ABC7" telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə Kaliforniyada, Lonq-Biç şəhərinin mərkəzində qeydə alınıb. Telekanalın xəbərinə görə, atışma zamanı çoxsaylı insanlar yaralanıb.

Hadisənin təfərrüatı barədə məlumat verilmir. Silahlı insidentin səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi