​10 yaşlı qızı avtomobillə vurub öldürən sürücü tutulub

​10 yaşlı qızı avtomobillə vurub öldürən sürücü tutulub O, atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirmiş
Hadisə
25 Noyabr , 2015 12:25
​10 yaşlı qızı avtomobillə vurub öldürən sürücü tutulub

Bakı. 25 noyabr. REPORT.AZ/ Baş Prokurorluq Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, noyabrın 24-də, saat 14:30 radələrində Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus “VAZ-1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi