"Yuventus" 3 futbolçu ilə danışıqlar aparır - RƏSMİ
Futbol
- 03 may, 2020
- 16:02
Canluici Buffon və Corco Kyellini
İtaliyanın "Yuventus" klubu yerli qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellinini, eyni zamanda argentinalı hücumçu Paulo Dibalanı buraxmaq niyyətində deyil.
"Report"un məlumatına görə, bunu "Sky Sport Italia" nəşrinə açıqlamasında Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi deyib.
Klub rəsmisi bildirib ki, hər üç futbolçu ilə danışıqlar davam edir: "Buffon və Kyellini ilə razılaşmaq üzrəyik. Dibala ilə da danışırıq. Onun "Yuventus"da mümkün qədər çox qalmasını istəyirik".
Qeyd edək ki, daha əvvəl "Yuventus"un Canluici Buffon, Corco Kyellini və Blez Matuidi ilə yeni müqavilə imzalayacağı bildirilib. Hər üçün futbolçunun "qoca sinyora" ilə müqaviləsi 2020-ci ilin yayına qədər qüvvədədir.
Son xəbərlər
11:19
DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb
Maliyyə11:10
"M Bulak" BOKT-un xalis mənfəəti 40 %-ə yaxın azalıb
Maliyyə11:08
Foto
Video
Bakıda katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində icra olunub
Sağlamlıq11:02
Leyla Əliyeva Avropa çempionatında 1/8 finala yüksəlib - YENİLƏNİB
Fərdi11:01
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək
Maliyyə11:00
Binəqədidə saxlanılan şəxslərdən 54 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə10:58
Azərbaycan təbii qaz ixracını 6 % artırıb
Energetika10:57
Bakıda tanışı ilə birgə ərini öldürməkdə təqsirləndirilən qadın 15 il azadlıqdan məhrum edilib
Hadisə10:55