Xorvatiya millisinin hücumçusu: “Azərbaycana qarşı Zaqrebdəki matçı unutmamalıyıq”

Xorvatiya millisinin hücumçusu: “Azərbaycana qarşı Zaqrebdəki matçı unutmamalıyıq” “Slovakiya ilə görüşdəki oyun və qələbə Bakıda da təsdiqlənməlidir. Azərbaycana qarşı Zaqrebdəki matçı unutmamalıyıq. Həmin görüş rəqibimiz üçün çətin olmuşdu. Əsas məsələ düzgün yanaşmadı. Bunu bacarsaq, problem olmayacaq”.
Futbol
9 Sentyabr , 2019 10:07
Xorvatiya millisinin hücumçusu: “Azərbaycana qarşı Zaqrebdəki matçı unutmamalıyıq”

“Slovakiya ilə görüşdəki oyun və qələbə Bakıda da təsdiqlənməlidir. Azərbaycana qarşı Zaqrebdəki matçı unutmamalıyıq. Həmin görüş rəqibimiz üçün çətin olmuşdu. Əsas məsələ düzgün yanaşmadı. Bunu bacarsaq, problem olmayacaq”.

“Report” xəbər verir ki, bunları Xorvatiya yığmasının futbolçusu Bruno Petkoviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən “Sporting News”a deyib.

Komandasının ötən həftə Slovakiyanı səfərdə 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada meydanda ən yaxşılardan olan və 1 qol vuran Zaqreb “Dinamo”sunun forvardı qələbənin səbəbini açıqlayıb: “Slovakiya ilə matçın nə qədər önəmli olduğunu hamımız bilirdik. Aqressiv və müdafiədə kompakt oynadıq. Bu da topa daha çox sahib olmağımıza imkan verdi. Meydanın mərkəzində güclü olduğumuz üçün öz oyunumuzu qura bildik. Karyeramda ən yaxşı matçlarımdan birini keçirdim. Bəlkə də, ən yaxşısını, amma tam əmin deyiləm. İstənilən halda, çox şadam. Statistikaya baxsaq, bəlkə də ən yaxşısıdır. Ancaq indi bunu bir kənara qoyaq. Bizim üçün vacib olan 3 xalı qazandığımız üçün xoşbəxtik”.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi