UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilər

UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilər Rusiyanın Spartak (Moskva) komandasının ev oyunlarını keçirdiyi Otkrıtiye Arenada UEFA Avropa Liqasının finalı təşkil oluna bilər.
Futbol
24 Aprel , 2019 15:29
UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilər
0 : 00
0 : 00

Rusiyanın "Spartak" (Moskva) komandasının ev oyunlarını keçirdiyi "Otkrıtiye Arena"da UEFA Avropa Liqasının finalı təşkil oluna bilər.

"Report" xəbər verir ki, bu barədə Moskva təmsilçsinin kommersiya direktoru Aleksandr Atamanenko TASS-a açıqlamasında bildirib. O, Avropa Liqasının final oyununu keçirməkdə maraqlı olduqlarını deyib. Atamanenko həmçinin arenanın Çempionlar Liqası finalı üçün uyğun olmadığını söyləyib.

Qeyd edək ki, "Otkrıtiye Arena" 2014-cü ildən istifadədədir. Stadionun tutumu 45 min 360 nəfərdir. Avropa Liqasında cari mövsümün finalı mayın 29-da Bakı Olimpiya Stadionunda, növbəti il isə Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq. 

2021-ci il finalı uğrunda Gürcüstanın Tbilisi ("Boris Payçadze adına Dinamo Arena") və İspaniyanın Sevilya şəhərləri ("Ramon Sançes Pisxuan") mübarizə aparacaq. Qərar isə mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda təşkil olunacaq iclasında açıqlanacaq.  

Son xəbərlər

Orphus sistemi