AVRO-2020 təşkilatçıları üçün təsdiq müddəti uzadıldı

AVRO-2020 təşkilatçıları üçün təsdiq müddəti uzadıldı Danimarka Futbol İttifaqı (DBUL) ilə Kopenhagen rəhbərliyi 2021-ci il Avropa çempionatının oyunlarının təşkilatçılığına hazır olduqlarını müəyyənləşdirilmiş vaxtda - aprelin 30-dək təsdiqləyə bilməyiblər.
Futbol
30 Aprel , 2020 05:39
AVRO-2020 təşkilatçıları üçün təsdiq müddəti uzadıldı

Danimarka Futbol İttifaqı (DBUL) ilə Kopenhagen rəhbərliyi 2021-ci il Avropa çempionatının oyunlarının təşkilatçılığına hazır olduqlarını müəyyənləşdirilmiş vaxtda - aprelin 30-dək təsdiqləyə bilməyiblər.

"Report"un "Tips Bladet"ə istinadən verdiyi məlumata görə, UEFA bir qədər də gözləməyə razılaşıb və son müddət üçün yeni tarix kimi 8 mayı təyin edib. Bu müddətədək həm şəhər, həm də DBU AVRO-2020-nin 4 oyununu, habelə, "Tur de Frans" velosiped yürüşünün bir mərhələsini keçirməyə hazır olub-olmadıqlarını bildirməlidir.

Qeyd edək ki, daha əvvəl UEFA qitə çempionatını 2021-ci ilin 11 iyun - 11 iyulunda eyni təşkilatçı şəhərlər və oyun qrafiki ilə keçirmək niyyətində olduğunu açıqlayıb. Lakin bu mərhələdə oyunların təqvimi rəsmən təsdiqlənməyib. UEFA məsələ ilə əlaqədar 12 təşkilatçı şəhərin hər biri ilə əlaqədədir. Artıq AFFA AVRO-2020-nin A qrupunun 3, 1/4 final mərhələsinin isə 1 oyununu Bakı Olimpiya Stadionunda keçirməyə hazır olduğunu təsqiqləyib. 

Son xəbərlər

Orphus sistemi