Türkiyə klubunun Avropa Liqası oyununa azarkeş buraxılmayacaq
Futbol
- 06 mart, 2020
- 12:16
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsindəki "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, fanatlar martın 19-da Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq.
Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.
Son xəbərlər
06:39
CNN: ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib
Digər ölkələr06:26
İsrail bir neçə vətəndaşının Suriyaya qanunsuz giriş cəhdinin qarşısını alıb
Digər ölkələr05:52
BDT Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiqinə qarşı çıxıb
Digər ölkələr05:20
Fransanın Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir
Digər ölkələr04:42
Tramp: ABŞ və İran hələ də razılığa gələ bilərlər
Digər ölkələr04:08
İraqın şimalında partlayışlar olub
Digər ölkələr03:37
BƏƏ: İran Hörmüz boğazında gəmilərə hücum edib, ölən və yaralananlar var
Digər ölkələr03:18
Mərhum senator Lindsi Qremin bacısı onun yerinə təyin edilib
Digər ölkələr02:54