"Sportinq"in qapıçısı topu dəf etmək istəyərkən dirəklə toqquşub - VİDEO

"Sportinq"in qapıçısı topu dəf etmək istəyərkən dirəklə toqquşub - VİDEO Bakı. 8 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun qapıçısı Romen Salen zədələnib.
Futbol
8 Oktyabr , 2018 12:02
Sportinqin qapıçısı topu dəf etmək istəyərkən dirəklə toqquşub - VİDEO

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun qapıçısı Romen Salen zədələnib.

“Report” “A Bola” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Portuqaliya Primeyrasının VII turunda “Portimonensi” ilə səfər oyununun 45-ci dəqiqəsində başından zərbə alıb. Qapısına gələn topu dəf etmək istəyən fransalı çərçivə qoruyucusu dirəklə toqquşub. Nəticədə o, meydanı xərəkdə tərk edib. 

Oyundan birbaşa xəstəxanaya aparılan qolkiper gecəni həkim nəzarəti altında keçirib. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, “Portimonensi” – “Sportinq” görüşü ev sahiblərinin qələbəsi ilə başa çatıb – 4:2.

Manaf QASIMBƏYLİ


Son xəbərlər

Orphus sistemi