Futbol üzrə Şotlandiya milli komandasının baş məşqçisi Aleks Makliş postundan ayrılıb.
"Report" Şotlandiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrlə əlaqədar istefaya göndərilib. Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Qeyd edək ki, Aleks Makliş Şotlandiya yığmasına 2018-ci ildə baş məşqçi təyin olunub. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu ilk pillədə başa vurub və "play-off"a vəsiqə qazanıb. AVRO-2020-nin seçmə mərhələsində isə britaniyalılar I qrupda 2 oyuna 3 xal qazana bilib. İlk turda Qazaxıstana 0:3 hesabı ilə uduzan Şotlandiya növbəti qarşılaşmasında San-Marinonu udub - 2:0.