Rumıniyalı hücumçu "Qalatasaray"dan ayrıldı - RƏSMİ
Futbol
- 16 iyun, 2020
- 16:24
Florin Andone
Türkiyənin "Qalatasaray" klubundan ayrılan ilk futbolçunun kimliyi məlum olub.
"Report"un məlumatına görə, rumıniyalı hücumçu Florin Andone İstanbul təmsilçisi ilə vidalaşıb.
Bununla bağlı o, şəxsi "Instagram" hesabında paylaşım edib.
"Sarı-qırmızılılar"a istədiyi xeyiri verə bilməməsindən təəssüflənən 27 yaşlı forvard kluba və azarkeşlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən həftə Türkiyə Superliqasının XXVII turunun "Rizəspor"la oyununda (0:2) dizindən zədə alan Florin Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. O, yayda İngiltərənin "Brayton" klubundan 1 illik icarə əsasında "Cim-Bom"a keçmişdi.
Son xəbərlər
20:19
Ukrayna Rusiyanın neft anbarına, gəmilərinə və təyyarələrinə zərbələr endirib
Digər ölkələr19:58
Əraqçi Qətərin Baş nazirini İran-ABŞ danışıqları barədə məlumatlandırıb
Region19:50
MM: "İmprotex Motors" MMC ilə müqavilənin məbləği 22,8 min manatdır
Milli Məclis19:41
Almaniyada qənaət üçün dövlət qulluğuna işçi qəbulunun dondurulması təklif edilib
Digər ölkələr19:22
Boris Conson Ukraynaya qeyri-hərbi kontingent göndərməyə çağırıb
Digər ölkələr19:09
Zelenski ilə Rütte Rusiya ilə qarşıdakı danışıqlara hazırlığı müzakirə ediblər
Digər ölkələr18:54
Macarıstan Slovakiyanın ardınca Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra bilər
Digər ölkələr18:48
Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Belarus yığmasına qalib gəlib
Futbol18:38
Foto