"Real" Ronaldu ilə bağlı planlarına aydınlıq gətirdi

"Real" Ronaldu ilə bağlı planlarına aydınlıq gətirdi Madrid Real”ı Turinin “Yuventus” futbol klubunda çıxış edən portuqal hücumçu Kriştianu Ronaldunu qaytarmağa hazırlaşmır.
Futbol
8 Aprel , 2020 04:54
Real Ronaldu ilə bağlı planlarına aydınlıq gətirdi

Madrid "Real”ı Turinin “Yuventus” futbol klubunda çıxış edən portuqal hücumçu Kriştianu Ronaldunu qaytarmağa hazırlaşmır.

Bu barədə “Report” AS-a istinadən xəbər verir.

Məlumata görə, portuqaliyalının Madridə qayıdışı ehtimalı praktik olaraq sıfıra bərabərdir. "Kral klubu"nun prezidenti Florentino Peres əvvəlki kimi hücumçunu yüksək qiymətləndirir, amma hesab edir ki, onun vaxtı keçib.

Qeyd edilir ki, "Real”ın yeni strategiyası gənc futbolçuların əldə edilməsindən ibarətdir. Buna görə də klub üçün PSJ-nin hücumçusu Kilian Mbappe prioritetdir.

İtaliyanın idman mütəxəssisləri güman edirlər ki, "Yuventus" 35 yaşlı Ronaldunu sata bilər, çünki koronavirus pandemiyası səbəbindən maliyyə böhranı ilə əlaqədar klubun onun maaşını ödəməsi ilə bağlı problem yaranacaq. Turin klubunda portuqaliyalının maaşı ildə 31 milyon avro təşkil edir.

Son xəbərlər

Orphus sistemi