Yuxarı

"Qəbələ" səfər qələbəsi sayəsində 4-cü pilləyə yüksəlib

​"Qəbələ" səfər qələbəsi sayəsində 4-cü pilləyə yüksəlib

Bakı. 9 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

"Report" xəbər verir ki, həftənin ilk oyununda "Sabah" "Qəbələ"ni qəbul edib.

Masazırda "Əlincə Arena"da baş tutan görüş əyalət təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 31-ci dəqiqədə qonaqların forvardı Rauf Əliyev açıb. Bundan 10 dəqiqə sonra isə debütantın hücumçusu Marko Deviç "fərqlənib". Ukraynalı legioner ikinci dəfə simulyasiya görə sarı vərəqə aldığı üçün meydandan qovulub.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə maraqlı hadisə baş verib. "Sabah"ın qolkiperi künc zərbəsi zamanı "Qəbələ"nin cərimə meydançasına gəlib. "Qırmızı-qaralar" rəqibi əks-hücumda tutsalar da, Atakora Lalavele topu boş qapıdan keçirə bilməyib.

Bu qələbədən sonra xalını 23-ə çatdıran "Qəbələ" "Sabah"ı keçərək 4-cü pilləyə yüksəlib. Meydan sahibləri 20 xalla 5-ci yerdədir.

Hesabat turu saat 18:30-da start götürəcək "Sumqayıt" - "Qarabağ" oyunu ilə davam edəcək. Bazar günü isə "Neftçi" - "Keşlə" və "Səbail" - "Zirə" görüşləri baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi