"Qarabağ"ın futbolçusu: "Avropa Liqasında da fərqlənmək istəyirəm"

"Qarabağ"ın futbolçusu: "Avropa Liqasında da fərqlənmək istəyirəm" Əsas odur ki, qələbə qazandıq. Bütün oyunlar kimi bu da çətin oldu. Əlimizdən gələni elədik və qələbə qazandıq.
Futbol
23 Sentyabr , 2019 21:54
Qarabağın futbolçusu: Avropa Liqasında da fərqlənmək istəyirəm

"Əsas odur ki, qələbə qazandıq. Bütün oyunlar kimi bu da çətin oldu. Əlimizdən gələni elədik və qələbə qazandıq".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

İyirmi doqquz yaşlı hücumçu deyib ki, oyun ərzində hər hansı fürsəti qazananda ondan istifadə etmək lazımdır: "Biz də birinci yarıda bundan yararlandıq. Beş oyunda maksimum nəcitə qazanmışıq və burada pis heç nə yoxdur. Məşqçinin istəyi də odur ki, hər oyuna qələbə üçün çıxaq. Biz də onun dedikləri meydanda həyata keçiririk. Hər oyun fərqli olur. Çıxırıq meydana və qələbə qazanırıq, bir sözlə, məşqçinin dediklərini edirik".

Fransalı hücumçu Avropa Liqasının qrup mərhələsinin l turunda evdə İspaniya "Sevilya"sına uduzduqları oyunu unutduqlarını əlavə edib: "Bu futboldur. Həm qələbə qazanırsan, həm də uduzursan. Keçmişlə yaşamaq olmaz. Növbəti oyunlara köklənmək lazımdır".

Çempionatda üçüncü qolunu vuran oyunçu Avropa Liqasında da fərqlənmək istədiyini söyləyib: "Qol vurmaq istəyirəm. Mən hücumçuyam. Hücumçular qolla yaşayır. Ona görə də, imkan olduqca vuracağam. Hər şeydən öncə komandanın qələbə qazanmasıdır. Öz çıxışımdan tam razı deyiləm. Hələ də artıra bilərəm. Əlimdən gələni edirəm".

Son xəbərlər

Orphus sistemi