Portuqaliya klubu üç il müddətinə bütün turnirlərdən kənarlaşdırıla bilər

Futbol
  • 06 sentyabr, 2018
  • 11:38
Portuqaliya klubu üç il müddətinə bütün turnirlərdən kənarlaşdırıla bilər

Bakı. 6 sentyabr. REPORT.AZ/ Portuqaliyanın "Benfika" klubu korrupsiyaya görə cəzalandırıla bilər.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi korrupsiya, dezinformasiya, o cümlədən 30 qanun pozuntusu törətməkdə ittiham olunur.

Portuqaliya klubu günahkar sayılacağı təqdirdə, avrokuboklar da daxil olmaqla bütün turnirlərdən 3 il müddətinə kənarlaşdırılmaqla təhdid edilir. İstintaqın bir neçə il çəkəcəyi gözlənilir.

Qeyd edək ki, "Benfika" Portuqaliya çempionatında 4 turdan sonra 10 xalla birinci pillədə qərarlaşıb. Lakin 2-ci sıradakı "Braqa" və 3-ü yerdəki "Sportinq" də eyni xala malikdir. 

Son xəbərlər

Bütün Xəbər Lenti