"Neftçi"nin baş məşqçisi: "Komandamın oyunundan çox razıyam"
- 01 dekabr, 2018
- 15:28
Bakı. 1 dekabr. REPORT.AZ/ "İlk növbədə futbolçuları təbrik edirəm. Son anadək mübarizə apardılar. İki dəfə azlıqda oynadıq. Komandamın oyunundan çox razıyam".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra deyib.
- Komandanın oyunundan razı qaldığınızı bildirdiniz. Bəs hakimlərdən?
- Yanılmıramsa, 11 sarı vərəqə oldu və bunlardan 6-sı qırmızı vərəqəyə çevrildi. Şübhəli epizodları bir daha izləməyə çağırıram. Komandamın oyunundan razıyam.
- Baqali Dabo qırmızı vərəqə aldıqdan sonra gah su içdi, gah baş hakimi alqışladı, gah meydanı tərk etmək istəmədi. Peşəkar futbolçu bu cür hərəkət etməlidirmi?
- Məncə, azarkeşləri alqışlayırdı.