"MY"-"Yuventus" oyunu öncəsi tıxaca düşən Mourinyo stadiona piyada gedib

"MY"-"Yuventus" oyunu öncəsi tıxaca düşən Mourinyo stadiona piyada gedib Bakı. 24 oktyabr. REPORT.AZ/ Mançester Yunayted və Yuventusun futbolçularını daşıyan avtobuslar Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı öncəsi Old Trafford stadionuna gedən yolda tıxaca düşüb.
Futbol
24 Oktyabr , 2018 00:31
MY-Yuventus oyunu öncəsi tıxaca düşən Mourinyo stadiona piyada gedib

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Mançester Yunayted" və "Yuventus"un futbolçularını daşıyan avtobuslar Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı öncəsi "Old Trafford" stadionuna gedən yolda tıxaca düşüb.

“Report” xəbər verir ki, ingilis klubunun baş məşqçisi Joze Mourinyo komandanın avtobusunu tərk edərək stadiona piyada getmək qərarına gəlib.

"Biz tıxaca düşdük. Təqribən 45 dəqiqə avtobusda olduq, lakin mən düşmək qərarına gəldim. Azarkeşlərin düz yanından keçdim, məni tanıyan olmadı. "Yuventus"da da eyni problem yaşandı. Mən vəziyyət barədə UEFA nümayəndələrinə məlumat verdim, çünki gecikməyə görə yenidən cəzalandırılmağımızı istəmirəm", — deyə "BT Sport" Mourinyonun sözlərini sitat gətirib.

Bundan əvvəl "Mançester Yunayted"in avtobusu "Valensiya" ilə Çempionlar Liqası oyunu öncəsi tıxaca düşmüşdü.

Son xəbərlər

Orphus sistemi