Zelenski: Ukrayna və Macarıstanın yaxınlaşması hər iki xalq üçün vacibdir

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 16:20
Zelenski: Ukrayna və Macarıstanın yaxınlaşması hər iki xalq üçün vacibdir

Ukrayna və Macarıstan yaxınlaşır, onların münasibətləri isə inkişaf edir.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Aİ Şurasının sammiti çərçivəsində Macarıstanın Baş naziri Peter Madyarla bugünkü görüşünün yekunlarını şərh edərkən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş yaxşı keçib, tərəflər ikitərəfli münasibətləri, iqtisadiyyatı və logistikanı müzakirə ediblər.

V.Zelenski həmçinin Ukraynanın Avropa İttifaqına daxil olması yolunda irəliləməsi üçün zəruri olan addımları dəstəklədiyinə, o cümlədən müvafiq qanunlar üzərində işə və zəruri tələblərin yerinə yetirilməsinə görə Macarıstana təşəkkür edib.

"İlk səfəri kimin edəcəyi deyil, bizim yaxınlaşmağımız vacibdir. Bu, hər iki ölkə və xalqları üçün çox vacibdir", - Zelenski Madyarın Kiyevə mümkün səfəri barədə danışarkən bildirib.