Danimarka millisinin sabiq futbolçusu koronavirusa görə karantində

Danimarka millisinin sabiq futbolçusu koronavirusa görə karantində Niderland Ayaksının köməkçi-məşqçisi Kristian Poulsen koronavirus xəstəsi ilə təmasdan sonra karantin altındadır.
Futbol
6 Mart , 2020 01:32
Danimarka millisinin sabiq futbolçusu koronavirusa görə karantində

Niderland "Ayaks"ının köməkçi-məşqçisi Kristian Poulsen koronavirus xəstəsi ilə təmasdan sonra karantin altındadır. 

"Report"un "De Telegraaf"a istinadən verdiyi məlumata görə, Poulsen və Amsterdam təmsilçisinin digər iki əməkdaşı infeksiyanın yayılma təhlükəsi ilə əlaqədar martın 13-dək evdə qalmalarına dair göstəriş alıb. 

Danimarkalı yarımmüdafiəçi ötən həftə bayram naharında iştirak edib. Təntənəli mərasim iştirakçılarından birinin koronavirus analizi müsbət nəticə verib. 

Poulsen Almaniyanın "Şalke", İspaniyanın "Sevilya", İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul" və Fransanın "Evian" klublarında da forma geyinib. Onun aktivində Danimarka millisində 92 oyun və 6 qol var. 

Danimarka millisinin sabiq oyunçusu Tomas Kalenberqin koronavirusa yoluxduğu üzə çıxıb. O, bu yaxınlarda Amsterdama səfəri vaxtı infeksiyaya yoluxub. 

Son xəbərlər

Orphus sistemi