Messi: “Uşaq səhvlərinə yol verib iki top buraxdıq”

Messi: “Uşaq səhvlərinə yol verib iki top buraxdıq” Barselona” futbol komandasının hücumçusu Lionel Messi İspaniya superkubokunun Atletiko”ya qarşı yarımfinal matçında məğlub olmalarını (2:3) şərh edib.
Futbol
10 Yanvar , 2020 06:58
Messi: “Uşaq səhvlərinə yol verib iki top buraxdıq”

"Barselona” futbol komandasının hücumçusu Lionel Messi İspaniya superkubokunun "Atletiko”ya qarşı yarımfinal matçında məğlub olmalarını (2:3) şərh edib.

“Report” xəbər verir ki, futbolçu üzləşdikləri məğlubiyyətə təəssüf hissini ifadə edib.

"Ayıbdır, biz əla oyun göstərdik və 80 dəqiqə ərzində oyuna nəzarət edərək fəal olan əsas qüvvə idik. Biz matçın nəticəsini həll etməli idik. Bu, çox ağrılı məğlubiyyətdir”, - deyə o bildirib.

Messi qeyd edib ki, komandası matçda kobud səhvlərə yol verib.

“Biz mübarizə aparmaq və yarışın finalına çıxmaq istəyirdik. Uşaq səhvlərinə yol verib 2 top buraxdıq. Tənqid? Nə vaxt ki, məğlubiyyət haqqında danışırlar bu normaldır. Biz irəli hərəkət etmək üçün güclü komandayıq", - deyə Messi əlavə edib. 

Son xəbərlər

Orphus sistemi