Markus Babbel: "100 il də məşq etsə, Useyn Boltdan futbolçu olmaz"
- 19 oktyabr, 2018
- 13:42
Bakı. 19 oktyabr. REPORT.AZ/ Avstraliyanın“Vestern Sidney Uonderers” komandasının baş məşqçisi Markus Babbel hazırda bu ölkənin çempionatında çıxış edən atletika üzrə8 qat olimpiya çempionu Useyn Boltun futbolçu ola bilməyəcəyi qənaətindədir.
“Report” xəbərverir ki, 46 yaşlı mütəxəssis Belçikanın “Blick” nəşrinə açıqlamasındayamaykalı sprinterin piar baxımından önəmli olduğunu vurğulayıb.
“Boltu məşqdəizlədim. Ona olan sevgim öz yerində, Useyn 100 il də məşq etsə, ondan futbolçu olmaz. Çox yaxşı bir piar həmləsinin olduğu reallıqdır. Onun sayəsində Avstraliya çempionatınamaraq artdı. Amma bu işi ciddiyə ala bilmərəm”, - deyə Babbel bildirib.
Bolt bu ilinavqustunda Avstraliyanın “Sentral Kost Mariners” klubunda debüt edib və dördgün öncə yoldaşlıq matçında futbolçu karyerasında ilk qollarını vurub. Malta təmsilçisi“Valletta”nın təklifini geri çevirən 32 yaşlı idmançı hələ hazırkı klubu iləpeşəkar müqavilə bağlamayıb.
Qeyd edəkki, futbolçu karyerası ərzində Almaniya millisi ilə AVRO-1996-nın qalibi olan Markus Babbel vətənində “Bavariya”, İngiltərədə “Liverpul” kimi klubların formasınıgeyinib. O daha əvvəl Almaniyanın “Ştutqart”, “Herta”, “Hoffenhaym” və İsveçrənin“Lütsern” komandalarına rəhbərlik edib.
“VesternSidney Uonderers” 2017/2018 mövsümündə Avstraliyanın A Liqasında 7-ci yeritutub və final mərhələsinə vəsiqə qazana bilməyib. 2018/2019 mövsümünə isə bugün start verilib.