Bakı. 1 oktyabr.
“Report” “Fourfourtwo” nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəsis Argentinada Messinin hər şeyə görə günahlandırıldığını və buna görə də milli komandanı birdəfəlik tərk etməsinin doğru qərar olacağını bildirib.
Maradona deyib: “Messiyə milli komandaya qayıtmamağı məsləhət görürəm. Çünki onun dəyərini anlamırlar və hər şeydə ilk növbədə, o günahlandırılır. Argentina U-15 millisi məğlub olanda belə Messini günahlandırırlar. Ona görə də milli komandanı birdəfəlik tərk etməsini məsləhət görürəm. Görəsən, o olmadan nə edə biləcəklər”.
Qeyd edək ki, İspaniyanın “Barselona” klubunun üzvü olan 31 yaşlı futbolçu Argentina millisi ilə son oyununu Rusiyadakı dünya çempionatının 1/8 final mərhələsində Fransaya qarşı keçirib. Həmin vaxtdan argentinalı forvard milli karyerasına fasilə verib.
Manaf QASIMBƏYLİ