Maqnus Karlsenin təşkil etdiyi onlayn yarışda finalçılar bilindi
Futbol
- 02 may, 2020
- 17:31
Maqnus Karlsen
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi internet-turnirinin ikinci finalçısı bəlli olub.
"Report"un məlumatına görə, Karlsen yarımfinalda çinli Dinq Lireni məğlub etməklə finala yüksəlib.
Qrossmeysterlər arasındakı ilk oyun heç-heçə yekunlaşıb. İkinci görüşdə Dinq Liren rəqibindən üstün olub.
3 və 4-cü qarşılaşmalarda qələbə qazanan Karlsen finala vəsiqə qazanıb. O, həlledici dueldə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq.
Qeyd edək ki, bu turnirə Azərbaycan şahmatçıları dəvət olunmayıb.
Son xəbərlər
03:44
ABŞ-nin NATO-dakı səfiri: Amerika hərbçiləri Avropanı tərk etməyəcək
Digər ölkələr03:13
Danimarkanın Baş naziri: Qrenlandiya satılmır və pulla ölçülmür
Digər ölkələr02:37
Foto
Video
Belqradda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
Digər ölkələr02:09
İsveçrə XİN ABŞ və İran arasında Cenevrə danışıqlarını təsdiqləyib
Digər ölkələr01:37
Pistorius: ABŞ dünyada təkbaşına möhkəmlənə bilməyəcək
Digər ölkələr01:21
ABŞ miqrantların deportasiyasına 38 milyard dollardan çox pul ayırmağı planlaşdırır
Digər ölkələr00:47
Azərbaycan ilə Almaniya arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub - YENİLƏNİB
Xarici siyasət00:27
Foto
Azərbaycanlı idmançı MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb
İdman00:15