"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb
Futbol
- 18 mart, 2018
- 01:00
Bakı. 18 mart. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun ¼ final matçında "Brayton end Houv Albion" komandası üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Oyunda qolları forvard Romelu Lukaku və yarımmüdafiəçi Nemanya Matiç vurub.
"Mançester Yunayted" İngiltərə Kubokunun ikinci yarımfinalçısı olub. Ondan əvvəl "Tottenhem Hotspur" "Suonsi Siti"ni 3:0 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.
İngiltərə Kuboku. 1/4 final
"Mançester Yunayted" – "Brayton end Houv Albion" - 2:0
Qollar:1:0 – Lukaku – 37, 2:0 – Matiç – 83
Son xəbərlər
17:28
Təhsil eksperti Kamran Əsədov məhkəmə zalında həbs edilib
Hadisə17:17
Böyük Britaniya Zelenskinin tənqidlərinə cavab verib
Digər ölkələr17:08
AFFA rəsmisi: "Aşağı liqalarda rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik"
Futbol17:07
Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım edib
Xarici siyasət16:58
Bakı metrosu "Stadler Rail Group"la 300 yeni vaqon alınmasını müzakirə edib
İnfrastruktur16:54
"Aston Villa"nın baş məşqçisi UEFA Avropa Liqasında 100 oyuna çıxan ilk mütəxəssis olub
Futbol16:46
Ukrayna ABŞ-dən 15 milyard dollarlıq silaha ehtiyac duyur
Region16:45
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılıb
Maliyyə16:42